Bakıda iki rəfiqəni avtomobil vurdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1990-cı il təvəllüdlü Məmmədova Türkan Firuz qızı və rəfiqəsi, 1987-ci il təvəllüdlü Quliyeva Mətanət Ələsgər qızını avtomobil vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Onların rəfiqə olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28