Bakıda iki qardaş yol qəzasında xəsarət alıb

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki qardaş xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Budaqov Nemət Namiq oğlu və onun qardaşı, 2002-ci il təvəllüdlü Budaqov Hikmət Namiq oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Hacıqabulda zəlzələ olub 19 noyabr, 2026 / 10:28
Qobustanda top mərmisi tapılıb 18 noyabr, 2026 / 10:31