Bakıda iki qardaş bıçaqlanıb

Bakıda iki qardaş bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə dekabrın 2-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

Belə ki, Əli Yunusov və qardaşı Xaliq Yunusov qəsəbənin H.Quliyev küçəsi, 23 saylı binanın qarşısında olarkən 3 nəfər naməlum şəxslə mübahisə ediblər. Daha sonra həmin şəxslər qardaşlara qol və bud nahiyyələrindən bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45