Bakıda yol qəzasında 3 nəfər xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı-Mehdiabad yolunda iki avtomobilin toqquşması zamanı 50 yaşlı Əliyeva Şəhla Yavər qızı və 68 yaşlı Əmirova Firuzə Firuz qızı və 26 yaşlı Elvin Həsənli xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Ş.Əliyevaya başın yumşaq toxumalarının əziyi, F.Əmirovaya sağ budun, E.Həsənliyə isə qabırğa sınığı diaqnozları qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14