Bakıda iki polis bölməsinə yeni rəis təyin edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında yeni təyinatlar olub.

"Report"un xəbərinə görə, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilib.

Bundan başqa, Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nəsib Məmmədov Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə rəis təyin olunub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14