Bakıda iki nəfəri avtomobil vurub

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bakıda iki nəfəri avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Cavadxan küçəsində yolu keçən 1964-cü il təvəllüdlü Damanova Umuküs Rəcəb qızını "Opel" markalı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Daha bir piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeyd etdiyimiz rayonda qeydə alınıb. Qış parkı yaxınlığında yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1963-cü il təvəllüdlü Danilov Dmitriy Vladimiroviçi minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48