Bakıda iki nəfər intihar edib

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda iki nəfər intihar edib.

“Report”un xəbərinə görə, hadisələrdən biri paytaxtın Binəqədi, digəri isə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi rayonunda 1939-cu il təvəllüdlü Minayə Məmmədova özünü yaşadığı evin beşinci mərtəbəsindən ataraq intihar edib.

Xətai rayonunda isə 1992-ci il təvəllüdlü Əli Əsgərov özünü asıb.

Hər iki faktla bağlı müvafiq rayon prokurorluqlarında istintaq aparılır.

Digər xəbərlər