Bakıda iki nəfər dərmandan zəhərlənib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycanda üç nəfər zəhərlənib. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Fevralın 27-də Xətai rayonu ərazisində yaşayan Sevinc Zərbəliyeva və Gəncə şəhərində yaşayan Sabirə Əliəşrəfova dərmandan, Xırdalan şəhərində yaşayan Faiq Canıyev kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara yerləşdiriliblər.

Qeyd olunan faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54