Bakıda üç nəfər dəm qazından boğularaq ölüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda üç nəfər dəm qazından boğularaq dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək ölüb.

Dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova, Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50