Abşeron rayonunda iki avtomobil toqquşub: xəsarət alan var

Bakı. 17 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda "Opel" və "Ford" markalı iki minik avtomobili toqquşub. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Opel" markalı minik avtomobilinin sürücüsünün ayaqları sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təvil veriblər. Əməliyyat saat 23:10-da başa çatıb.

Digər xəbərlər