Bakıda iki maşın toqquşub, xəsarət alan var

Bakının Nəsimi rayonunda iki maşının toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Yeganə" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Belə ki, hadisə zamanı 1994-cü il təvəllüdlü Mikayılov Mikayıl Xəlil oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qulaq ətrafı yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27