Bakıda iki maşın toqquşdu, tıxac yarandı - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 23:29

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Abbasqulu ağa Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Toyota Land Cruiser”lə “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.

Digər xəbərlər

Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26