​Bakıda iki azyaşlı xilas edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Nərimanov rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə xilasedicilər cəlb ediliblər.

Onlar mənzilin giriş qapısını açaraq azyaşlıları xilas ediblər və aidiyyəti üzrə təhvil veriblər.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41