Bakıda iki avtomobil toqquşub - FOTO - VİDEO

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, Məmmədov Elgün Məhəmməd oğlu idarə etdiyi "99-ET-381" dövlət nömrə nişanlı "Opel" markalı avtomobili idarə edərkən Babayev Cabar Kamal oğluna məxsus "99-NE-238" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki maşına ciddi ziyan dəyib. 

Hadisə yerinə DYP əməkdaşları gəlib.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41