Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda yerləşən maşın bazarının yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Hüseynov Rafael Camal oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol təpə nahiyəsinin əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41