Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb 

Bakının Sabunçu rayonunda iki avtomobilin toqquşması 3 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, rayonun Balaxanı qəsəbəsində yol qəzası zamanı 1986-cı il təvəllüdlü Abdulkərimov Fərrux Sərvər oğlu, 1975-ci il təvəllüdlü Mehtiyev Zaur Hacıbaba oğlu və 1986-cı il təvəllüdlü Musayev Tunar Cavad oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Kürdəmirdə 6 otaqlı ev yanıb 06 mart, 2026 / 11:24