Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən "Ağ şəhər"də qeydə alınıb.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü Almazov Elton Zamanoviç və 2000-ci il təvəllüdlü İsgəndərov Firqət Əsgər oğlu xəsarət alıblar. 

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. 

E.Almazova onurğanın əzilməsi, F.İsgəndərova isə sağ bud sümüyünün sınığı diaqnozları qoyulub.

Digər xəbərlər