Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Qara Qarayev prospektində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Bağırov Samir Həsən oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.