Sabunçu rayonunda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəliyev Turqay İlqar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin və qarnın küt travması diaqnozları qoyulub.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48