Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Bəkirov Kamran Xalid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov