Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, 42-BM-191 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil sürət həddini aşaraq, arxadan 10-UN-264 dövlət nömrə nişanlı "Ford" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində sərnişinlərdən biri xəsarət alıb. Qəza yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57