Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Anar Mirzəhüseyn oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boynun əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47