Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Şəfiyev Nurlan Nizam oğlu müxtəlif bədən xəsarətləri alib. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Şəfiyevə qapalı kəllə-beyin və baş-beyin silkələnməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27