Bakıda iki avtobus toqquşub, xəsarət alanlar var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtobusun toqquşması nəticəsində1985-ci il təvəllüdlü Yolçuyeva Rəqimə Sahib qızı və 1993-cü il təvəllüdlü Şirinova Səriyyə Qulam qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Müayinə zamanı R.Yolçuyevaya qarının küt travması və qapalı kəllə-beyin travması, S.Şirinova isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Qeyd olunub ki, R. Yolçuyevanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26