Bakıda idarəetmədən çıxan avtomobil beton səkiyə çırpılıb - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı şəhərində yol-nəqliyyat hadisəsi olub. 

"Report" xəbər verir ki, hadisə şəhərin Nobel prospektində baş verib.

Belə ki, Ehtiram Seyfəddin oğlu Əmirovun idarə etdiyi 99-ET-686 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq beton səkiyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobil cərimə meydançasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər