Bakıda içki məclisi zamanı orta yaşlı kişi bıçaqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda içki məclisi zamanı orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Biləcəri qəsəbəsində kafedə içki məclisi zamanı 1970-ci il təvəllüdlü Əliyev İslam Allahverdi oğlu sərxoş vəziyyətində olan tanışı ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37