Bakıda İkinci Dünya müharibəsi iştirakçısının medalları oğurlanıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Moskva şəhərində yaşayan 1958-ci il təvəllüdlü Yuriy Ağayev Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edib.

“Report”un məlumatına görə, o, müraciətində bildirib ki, atası 1925-ci il təvəllüdlü İbrahim Ağayevə məxsus müharibə ordenləri və döyüş təltifləri Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi, ev 50, mənzil 1 ünvanından oğurlanıb.

Müdafiə Nazirliyi öz növbəsində faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Araşdırma aparılır.

Qeyd edək ki, İ.Ağayev İkinci Dünya müharibəsinin iştirakçısı olub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47