​Bakıda hündürmərtəbəli binada yanğın, 20 nəfər təxliyyə olunub

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılmiş 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Digər xəbərlər