Bakıda hosteldə əcnəbi vətəndaş qarət olunub

Bakıda hosteldə əcnəbi vətəndaş qarət olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş N.Abakirova yanvarın 5-də hosteldə yaşadığı otaqdan mobil telefonunun və 2000 lirə pulunun oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Mustafayev saxlanılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45