Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda gözəllik salonundan oğurluq edilib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat daxil olub.
Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 9-da axşam saatlarında Vunk Tau küçəsində yerləşən məişət xidməti salonunda Gülbacı Əliyevanın əl çantasından 1500 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günay Məmmədova tutulub.
Faktla bağlı araşdırma aprılır.