Bakıda gəncə qarşı dələduzluq edən şəxs tutuldu

Bakıda gəncə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, hadisə aprelin 17-si Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Y.Məmmədovun mobil telefonunu danışmaq adı ilə alıb və daha sonra dələduzluq yolu ilə ələ keçirib.

Y.Məmmədov bu barədə polis əməkdaşlarına məlumat verib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 2002-ci il təvəllüdlü Tahir Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47