Bakıda gəncə qarşı bıçaqla basqın edilib

Bakıda quldurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 2019-cu ilin oktyabr ayının 9-da paytaxtın Nəsimi rayon ərazisində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1997-ci il təvəllüdlü İslam Məmmədov 2002-ci il təvəllüdlü Zakir Novruzova qarşı küçənin ortasında bıçaqla basqın edərək hədələyib. O, Z.Novruzovun əlində olan mobil telefonu alaraq hadisə yerindən qaçıb.

Hadisədən 4 ay sonra Z.Novruzov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05