Bakıda gənc yol qəzasında xəsarət aldı  

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Neapol dairəsində motosikletlə avtomobil toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Qasımov Orxan Çingiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması və döş qəfəsinin əziyi diaqnozu qoyulub. 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26