Bakıda gənc qızı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1993-cü il təvəllüdlü Namazova Vüsalə Nizami qızını avtomobil vurub.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27