Bakıda gənc oğlanı avtomobil vurub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Qala qəsəbəsində 1988-ci il təvəllüdlü Bağırov Nəsir Nurəddin oğlunu minik avtomobili vurub. Yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45