Bakıda gənc qıza 16 bıçaq xəsarəti yetirilib

Bakı. 13 may. REPORT.AZ/ Bakıda 24 yaşlı qıza 16 bıçaq xəsarəti yetirilib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsində Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aysel Ağakərim qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onun bədəninə 16 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərlər

Laçında traktor minaya düşüb 26 sentyabr, 2026 / 11:51
Axtarışda olan 198 nəfər tutulub 26 sentyabr, 2026 / 10:36