Bakıda gənc qız oğlan tanışı tərəfindən bıçaqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Sabunçu rayonunda 25 yaşlı qız bıçaq xəsarəti alıb.

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1993-cü il təvəllüdlü Hüseynova Aygün Vasif qızı küçədə mübahisə zamanı oğlanı tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47