Bakıda gənc qız gözündən bıçaqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakıda gənc qız bıçaq xəsarətləri alıb.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Üçüncü mikrorayon bazarının yaxınlığında yerləşən kafelərdən birində 1989-cu il təvəllüdlü Məhərrəmova Ramiyyə Nazim qızı döyülüb. O, həmçinin gözünün ətraflarından bıçaq xəsarətləri alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37