Bakıda gənc oğlanın qasıq nahiyəsinə dəmir batıb

Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, Ağa Nemətulla küçəsindən 1990-cı il təvəllüdlü Əliyev Babək Oqtay oğlu sol qasıq nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarasi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına daxil olub.

Xəstə və qohumlarının məlumatına görə, o, yıxılıb və bu zaman qasıq nahiyəsinə dəmir batıb.

Xəstə əməliyyat olunub.

Ramin Şahbazov

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47