Bakıda gənc oğlandan heroin götürülüb

Bakıda 20 yaşlı gəncdən narkotik vasitə götürülüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü E.Məmmədov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1,072 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37