Bakıda gənc oğlana çəngəllə ağır xəsarət yetirilib

Bakı. 19 iyul. REPORT.AZ/ Yasamal rayonunda evdə münaqişə zəminində bir nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə xəsarət alan şəxsin evində baş verib.

Məmmədzadə küçəsi, 11 A ünvanında 1991-ci il təvəllüdlü Mustafayev Tərlan Ağa oğlu naməlum şəraitdə evdə xəsarətlər alıb. 

O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər cərrahi əməliyyat zamanı müəyyən ediblər ki, T.Mustafayevə çəngəllə bir neçə dəfə zərbə vurulub.

Bununla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47