Bakıda gənc oğlana 3 bıçaq zərbəsi vurulub

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda gənc oğlana 3 bıçaq zərbəsi vurulub.

"Report" xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi, 81 ünvanında baş verib.

1989-cu il təvəllüdlü Quliyev Elcan Elşən oğlu tanıdığı adamla mübahisə edib. Nəticədə o ayaq, bədən və sağrı nahiyələrindən bıçaq zərbələri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Xətai Rayon Polis İdarəsində araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41