Bakıda gənc oğlan yol qəzası nəticəsində komaya düşüb

Bakı. 10 may. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı koma vəziyyətinə düşüb. O, "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxananın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47