Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Yolçuyev Tufan Ağalar oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.