Bakıda gənc oğlan yaşadığı evin həyətində bıçaqlanıb

Bakı. 11 iyun. REPORT.AZ/ Bakıda gənc oğlan yaşadığı evin həyətində bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Keşlə qəsəbəsində baş verib.

Yenikənd 2012 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində 2000-ci il təvəllüdlü Əzizov Musa Rövşən oğlu naməlum səbəbdən tanıdığı şəxsin hücumuna məruz qalıb. O, ayaq nahiyələrindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41