Bakıda gənc oğlan ülgüclə boğazını kəsib

Bakı. 27 may. REPORT.AZ/ Bakının Pirallahi rayonunun eyniadlı qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi, 2/10-1 ünvanında qeydə alınıb.

Belə ki, 28 yaşlı Eyyubov Fərid İslam oğlu ülgüc ilə boğaz, qol və qarın nahiyələrinə xəsarət yetirib. O, çoxlu qan itirərək xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54