Bakıda gənc oğlan naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Məmmədli İbrahim Nadir oğlu General Şıxlinski küçəsində naməlum şəxsin hücumuna məruz qalıb.

O, döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13