Bakıda gənc oğlan naməlum şəraitdə bıçaqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, 1993-cü il təvəllüdlü Mirzəyev Mirzəli Əsgər oğlu Türkan qəsəbəsi, Xanlar küçəsi, 1 ünvanında naməlum şəraitdə tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47