Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakı. 7 iyun. REPORT.AZ/ Xəzər rayonunda əlbəyaxa dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.

"Report"un xəbərinə görə, hadisə Binə qəsəbəsində baş verib.

1996-cı il təvəllüdlü Zülfüqarov Səfər Yusif oğlu yaşadığı evin yaxınlığında tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o, kürəyindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37