Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb

Bakıda gənc oğlan dəm qazından zəhərlənərək ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 10-u saat 21:25 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Hacıyev Nihad Səyavuş oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Alatavada ev yanır 24 dekabr, 2025 / 15:59
Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59